7 may 2026. Cümə axşamı

Qalatasaray Muslera ilə bağlı qərarını verdi


Qalatasaray Muslera ilə bağlı qərarını verdi

"Qalatasaray" klubu oyunçusu Fernando Muslera ilə bağlı qərarını verib.

Corner.az  "Milliyet"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 34 yaşlı qapıçının cari mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini uzadacaq.

Uruqvaylı qolkiperlə 2+1 illik yeni sözləşmə imzalanacaq.

Qeyd edək ki, Fernando Muslera 2011-ci ildən "Qalatasaray"da çıxış edir. 







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi