21 iyun 2026. Bazar günü

Beşiktaş penaltilərlə yarımfinalda


Beşiktaş penaltilərlə yarımfinalda
Türkiyə kubokunda 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.
 
Corner.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş keçirilib.
 
İlk matçda səfərdə “Sivasspor”un qonağı olan “Antalyaspor” rəqibinə minimal hesabla qalib gələrək yarımfinala yüksəlib.
 
“Beşiktaş” isə “Konyaspor”u yalnız penaltilər seriyasında üstələyərək yarımfinala vəsiqə qazanıb.
 
Daha öncə “Başakşəhər”lə “Alanyaspor” da yarımfinala vəsiqə qazanmışdı. Beləliklə, yarımfinalda “Antalyaspor” “Alanyaspor”la, “Başakşəhər” isə “Beşiktaş”la qarşılaşacaq.
 
Türkiyə kuboku
1/4 final
9 fevral
 
Fənərbaxça – Başakşəhər 1:2
Qol: Valensia, 72 – J.Fernandes, 42. Gulbrandsen, 96.
 
10 fevral
 
Qalatasaray – Alanyaspor 2:3
Qol: Mustafa, 83. J.Fernandes, 90+4 – Babakar, 30; 48-pen. S.Uçan, 41.
 
11 fevral
 
Sivasspor – Antalyaspor 0:1
Qol: Fredi, 62-pen.
 
Konyaspor – Beşiktaş 1:1 (penaltilər 2:3)
Qol: A.Bardakçı, 18 – O.Özyakup, 13.






Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı