21 iyun 2026. Bazar günü

Beşiktaş və Qalatasaray'ın oyununun saatı dəyişdi


Beşiktaş və Qalatasaray'ın oyununun saatı dəyişdi

Türkiyə Super Liqasının 25-ci turunda keçirilməsi planlaşdırılan daha bir oyunun başlama saatı dəyişdirilib.

Corner.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, "Genclerbirliyi" - "Beşiktaş" oyunu da erkən saata salınıb.

Buna səbəb həftəsonu paytaxt Ankarada güclü qar yağışının gözlənilməsidir. Fevralın 15-də keçiriləcək görüş əvvəlcədən nəzərdə tutulduğu kimi saat 20:00-da başlamayacaq. Qarşılaşma Bakı vaxtı ilə 17:00-a təyin edilib.

16:31

Türkiyə Super Liqasının 25-ci turunda keçirilməsi planlaşdırılan "Qalatasaray" - "Kasımpaşa" oyununun başlama saatı dəyişdirilib.

Corner.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb həftəsonu İstanbul şəhərində güclü qar yağışının gözlənilməsidir.

Fevralın 14-də keçiriləcək görüş əvvəlcədən nəzərdə tutulduğu kimi saat 20:00-da başlamayacaq. Qarşılaşma Bakı vaxtı ilə 17:00-a təyin edilib.







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı