6 avqust 2026. Cümə axşamı

Trabzonspor'da 10 nəfər koronavirusa yoluxdu


Trabzonspor'da 10 nəfər koronavirusa yoluxdu

 "Trabzonspor" klubunda koronavirusa yoluxanların sayı 10-a çatıb.

Corner.az "DHA"-ya istinadən xəbər verir ki, Qaradəniz təmsilçisinin daha bir əməkdaşında koronavirus testinin nəticəsi müsbət çıxıb.

Beləlikdə, Super Liqa klubunda 7 futbolçu və 3 işçi koronavirusa yoluxub.

Qeyd edək ki, "Trabzonspor" bu gün Türkiyə Super Liqasının 25-ci turunda "Başakşehir"in qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.







Türkiyə S.L.