10 avqust 2026. Bazar ertəsi

Fənərbaxça'da Özil şoku


Fənərbaxça'da Özil şoku
"Fənərbaxça”nın yarımmüdafiəçisi Mesut Özil sıradan çıxıb.
 
Corner.az xəbər verir ki, 32 yaşlı futbolçu Super Liqanın 28-ci turu çərçivəsində “Antalyaspor”la ev oyununda zədələnib.
 
Qarşılaşmanın ikinci hissəsində xəsarət alan və 66-cı dəqiqədə meydanı İrfan Can Kavheciyə vermək məcburiyyətində qalan Özilin ayağında yırtıq aşkarlanıb. Onun ən azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı vurğulanıb.
 
Qeyd edək ki, “Fənərbaxça” - “Antalyaspor” matçında qalib müəyyənləşməyib – 1:1.






Türkiyə S.L.

“Trabzonspor”un borcu açıqlandı
  • Türkiyə S.L.
  • 21:47 10.08.2026
“Trabzonspor”un borcu açıqlandı