5 may 2026. Çərşənbə axşamı

Beşiktaş finala yüksəldi


Beşiktaş finala yüksəldi

Türkiyə kubokunda yarımfinal mərhələsinin oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

İlk yarımfinal görüşü “Beşiktaş”la Super Liqanın son qalibi “Başakşəhər” arasında keçirilib.

İstanbul derbisində “qara qartallar” ilk yarıda iki qol vursalar da, fasilədən sonra bu üstünlüyü qoruya bilməyiblər. Bu səbəbdən də qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə yarım saatda daha bir qol vuran “Beşiktaş” finala yüksələn ilk komanda olub.

Digər finalçının adına “Antalyaspor” – “Alanyaspor” görüşündə aydınlıq gələcək.

Türkiyə kuboku, yarımfinal

16 mart

Beşiktaş – Başakşəhər 3:2
Qol: Abubakar, 17. Vida, 22. Larin, 102 – D.Türüç, 60. Juliano, 77.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi
Derbinin qalibi "Qalatasaray" oldu
  • Türkiyə S.L.
  • 23:07 26.04.2026
Derbinin qalibi "Qalatasaray" oldu