20 sentyabr 2026. Bazar günü

Abdullayevli Boluspor'dan səfər qələbəsi


Abdullayevli Boluspor'dan səfər qələbəsi

Türkiyə 1-ci liqasında 27-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Qarabağ” və “Neftçi”nin sabiq məşqçisi Mehmet Akın çalışdırdığı “Ankaraspor”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90+3-cü dəqiqədə əvəzlənib.

27 oyundan sonra hesabında 32 xalı olan “Boluspor” 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə