- Türkiyə S.L.
- 23:36 23.11.2024
“Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın Super Liqanın 31-ci turu çərçivəsində “Fənərbaxça”ya qarşı keçirdikləri oyunu şərh edib.
Corner.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan Sərgən, 1:1 hesabıyla bitən görüşün nəticəsindən razı qalmadığını deyib:
“Bir xaldan razı deyiləm. Oyunumuzun qarşılığı bu deyildi. Oyunu bitirə biləcək imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Qolu vurduqdan sonra daha yaxşı oynadıq. Oyuna baxanda nəticədən razı qalmaq olmur. Düzdür, güclü rəqibə qarşı oynadıq. Futbolçularıma göstərdikləri oyuna görə təşəkkür edirəm”.
Sərgən Yalçın, matçın baş hakimi Halil Umut Meleri də sərt şəkildə tənqid edib:
“Hakim rəqibi oyuna şərik etmək üçün hər şeyi etdi. Hakimdən razı deyiləm, inşaAllah bir daha onu “Beşiktaş”ın oyunlarında görmək istəmirik Daha əvvəl də bizim oyunlarımızı idarə edib. Belə qəribə idarəçiliyi olan hakimlərlə oynamaq istəmirik”.