21 iyun 2026. Bazar günü

Super Liqa klubunda yeni baş məşqçi


Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Ərzurumspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Corner.az xəbər verir ki, Ərzurum təmsilçisi İsmail Kartalla anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda, yeni baş məşqçi ilə prinsipial razılıq əldə olunduğu diqqətə çatdırılıb. Kartalın tezliklə yeni klubu ilə rəsmi müqavilə imza atması və işinə başlaması gözlənilir.

Qeyd edək ki, “Ərzurumspor”da son olaraq Mesut Bakkalla yollar ayrılmışdı.







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı