24 noyabr 2024. Bazar günü

Hatayspor - Fənərbaxça matçı ləğv olundu


Hatayspor - Fənərbaxça matçı ləğv olundu
 “Hatayspor” və “Fənərbaxça” klubları arasında keçirilməsi nəzərdə tutulan özəl matç ləğv edilib.
 
Corner.az xəbər verir ki, buna səbəb koronavirus pandemiyası olub.
 
B“Hatayspor” klubunun ev oyunlarını keçirəcəyi Hatay stadionunun tikintisi yenicə başa çatıb. 25 min nəfərlik azarkeş tutumuna malik arenanın açılış mərasimi ilə əlaqədar martın 27-də “Hatayspor” və “Fənərbaxça” klubları arasında yoldaşlıq matçının keçirilməsi planlaşdırılmışdı. Lakin həm İstanbul klubunda son günlərdə 5 futbolçunun koronavirusa yoluxması, həm də bütövlükdə ölkə ərazisində yoluxma sayının artması bu qarşılaşmanın baş tutmasına problem yaradıb. Bu səbəbdən də “Hatayspor” rəhbərliyi matçın ləğvinə qərar verib. Bu barədə klubun yaydığı rəsmi açıqlamada bildirilir:
 
“Martın 27-də, saat 16:00-da keçirilməsi nəzərdə tutulan “Hatayspor” – “Fənərbaxça” matçı koronavirusa yoluxma sayının artması səbəbindən ləğv olunub”.






Türkiyə S.L.

Babel karyerasını başa vurdu
  • Türkiyə S.L.
  • 22:50 09.11.2024
Babel karyerasını başa vurdu
"Trabzonspor" səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 22:16 09.11.2024
"Trabzonspor" səfərdə uduzdu
Super Liqa klubunda yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 22:08 06.11.2024
Super Liqa klubunda yeni baş məşqçi
"Beşiktaş" yenə uduzdu
  • Türkiyə S.L.
  • 23:06 02.11.2024
"Beşiktaş" yenə uduzdu