21 iyun 2026. Bazar günü

Fənərbaxça baş məşqçisi ilə yollarını ayırdı


Fənərbaxça baş məşqçisi ilə yollarını ayırdı

Türkiyənin “Fənərbaxça” klubu baş məşqçisi Erol Bulut ilə yollarını ayırıb.

Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda, mövsümün əvvəlindən bu komandanı çalışdıran mütəxəssislə yolların qarşılıqlı razılıq əsasında ayrıldığı diqqətə çatdırılıb.

Klubun yaydığı məlumatda qeyd olunub ki, “Fənərbaxça”nı mövsümün qalan hissəsində Emre Belözoğlu çalışdıracaq. Hansı ki, o, bu klubda idman direktoru kimi fəaliyyət göstərirdi.

Qeyd edək ki, “Fənərbaxça” bu mövsüm Super Liqada keçirdiyi 30 oyunda 59 xal toplayıb və 3-cü pillədə qərarlaşıb.







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı