21 iyun 2026. Bazar günü

Super Liqa klubunda koronavirus şoku


Super Liqa klubunda koronavirus şoku

Türkiyənin “Yeni Malatyaspor” klubunda 4 futbolçunun koronavirus testi pozitiv çıxıb.

Corner.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda, klubun bütün kollektivinin koronavirus testi verdiyi, nəticədə dörd futbolçunun COVİD-19-a yoluxduğu vurğulanıb. Adları açıqlanmayan həmin şəxslər karantinə alınıblar.

Qeyd edək ki, “Yeni Malatyaspor” bu mövsüm Super Liqa çərçivəsində keçirdiyi 29 oyunda 32 xal toplayıb və 21 kollektiv arasında 14-cü pillədə qərarlaşıb. Sözügedən komanda aprelin 4-də səfərdə “Başakşəhər”lə qarşılaşmalıdır.







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı