24 noyabr 2024. Bazar günü

Braziliyalı futbolçu Türkiyə klubundan ayrıldı


Braziliyalı futbolçu Türkiyə klubundan ayrıldı
Braziliyalı müdafiəçi Titi “Göztəpə” klubundan ayrılıb.
 
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Məlumatda, 33 yaşlı oyunçunun klubla müqaviləyə birtərəfli qaydada xitam verdiyi vurğulanıb. Super Liqa təmsilçisi futbolçunun belə bir qərar verməsinin dəqiq səbəblərini açıqlamayıb.  Türkiyə mətbuatına görə, futbolçu az oynadığı üçün “Göztəpə”dən ayrılmağa qərar verib. O, Braziliya klublarından birinə keçmək üçün klub rəhbərliyindən müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğvini istəsə də, İzmir klubu buna razılıq verməyib. Titi də bunu birtərəfli qaydada edib.
 
Qeyd edək ki, təcrübəli futbolçu “Göztəpə”yə 2018/19 mövsümündə “Bursaspor”dan transfer edilmişdi.Ötən mövsüm 30 oyunda meydana çıxan müdafiəçi, bu mövsüm forma şansı tapa bilməyib. 20 qarşılaşmada iştirak edən Titi, son olaraq “Hatayspor”a 3:2 hesabıyla qalib gəldikləri matçda 1 dəqiqə oynamışdı.






Türkiyə S.L.

Babel karyerasını başa vurdu
  • Türkiyə S.L.
  • 22:50 09.11.2024
Babel karyerasını başa vurdu
"Trabzonspor" səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 22:16 09.11.2024
"Trabzonspor" səfərdə uduzdu
Super Liqa klubunda yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 22:08 06.11.2024
Super Liqa klubunda yeni baş məşqçi
"Beşiktaş" yenə uduzdu
  • Türkiyə S.L.
  • 23:06 02.11.2024
"Beşiktaş" yenə uduzdu