24 noyabr 2024. Bazar günü

Qalatasaray nigeriyalı futbolçusunu itirdi


Qalatasaray nigeriyalı futbolçusunu itirdi
Türkiyənin “Qalatasaray” klubu ciddi itki ilə üzləşib.
 
Corner.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Henri Onyekuru sıradan çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sağ ayaq əzələsində problem yaranmış 23 yaşlı futbolçunun azı iki həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Martin Linnes və Deandre Yedlinin də müalicəsi davam edir. Bir neçə gün öncə əməliyyat olunan Radamel Falkao da məşqlərdə iştirak edə bilmir.
 
Əvəzində müalicəsi başa çatan Arda Turan və Kerem Aktürkoğlu komanda ilə məşqlərə başlayıb. Onların Super Liqanın 35-ci turu çərçivəsində baş tutacaq “Göztəpə” ilə səfər oyununda baş məşqçi Fatih Terim şans verəcəyi təqdirdə iştirakı gözlənilir.
 
Qeyd edək ki, “Göztəpə” – “Qalatasaray” matçı aprelin 17-də keçiriləcək.






Türkiyə S.L.

Babel karyerasını başa vurdu
  • Türkiyə S.L.
  • 22:50 09.11.2024
Babel karyerasını başa vurdu
"Trabzonspor" səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 22:16 09.11.2024
"Trabzonspor" səfərdə uduzdu
Super Liqa klubunda yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 22:08 06.11.2024
Super Liqa klubunda yeni baş məşqçi
"Beşiktaş" yenə uduzdu
  • Türkiyə S.L.
  • 23:06 02.11.2024
"Beşiktaş" yenə uduzdu