21 iyun 2026. Bazar günü

Fənərbaxça'da şok itki - mövsümü erkən bitirdi


Fənərbaxça'da şok itki - mövsümü erkən bitirdi
Türkiyənin “Fənərbaxça” klubunun qapıçısı Altay Bayındır sıradan çıxıb.
 
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
23 yaşlı qolkiper ötən gün məşq zamanı əlindən ağır xəsarət alıb. Bu gün tibbi müayinədən keçən oyunçunun biləyində sınıq aşkarlanıb. Yaxın günlərdə əməliyyat olunacaq qapıçının mövsümün qalan matçlarında meydana çıxa bilməyəcəyi və yaşıl meydanlardan təqribən 3 ay uzaq qalacağı açıqlanıb. Gənc qolkiperin Avropa çempionatını da buraxacağı gözlənilir.
 
Qeyd edək ki, Altay Bayındır bu mövsüm “Fənərbaxça”nın əsas qapıçısına çevrilmişdi. 






Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı