6 may 2026. Çərşənbə

Abdullayevli Boluspor səfərdən 1 xalla döndü


Abdullayevli Boluspor səfərdən 1 xalla döndü

Futbol üzrə Türkiyə 1-ci liqasında 33-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “İstanbulspor”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə razılaşıb – 1:1.

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib.

33 oyundan sonra hesabında 39 xalı olan “Boluspor” 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi