Türkiyənin “Qalatasaray” klubunda mayın 22-də keçirilməsi nəzərdə tutulan növbədənkənar prezident seçkisi ləğv olunub.
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda, seçkinin təxirə salınmasına səbəb koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən sərt karantin rejimi göstərilib. Seçicilərin problemlə üzləşə biləcəyini nəzərə alan klub seçkilərin yeni vaxtının yaxın günlərdə açıqlanacağını bildirib.
Qeyd edək ki, hələ ötən ilin dekabrında keçirilməli olan prezident seçkisi eyni səbəbdən təxirə salınmışdı.