6 may 2026. Çərşənbə

Araz Abdullayev Boluspor'da dubla imza atdı


Araz Abdullayev Boluspor'da dubla imza atdı

Futbol üzrə Türkiyə 1-ci liqasında 34-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Əskişəhərspor”u qəbul edib. Futbolçumuzun komandası bu oyundan inamlı qələbə  qazanıb – 3:0.

Millimizin futbolçusu da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının iki qolunu da məhz Abdullayev vurub. O, 17 və 56-cı dəqiqələrdə fərqlənib.

34 oyundan sonra hesabında 42 xalı olan “Boluspor” 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi