- Türkiyə S.L.
- 23:36 23.11.2024
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Super Liqanın 40-cı turunda “Beşiktaş”ı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Corner.az xəbər verir ki, 67 yaşlı mütəxəssis, 3:1 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:
“İlk hissədə rəqibin təhlükəli hücumları oldu. Lakin ikinci hissədə onlara şans verdməyən və önəmli imkanları olan bir Qalatasaray var idi. Bütün futbolçularımı təbrik edirəm, nə tapşırıq verdiksə, yerinə yetirdilər. Çempion olmağımıza ümidim var.
Türkiyə çempionatında nəyin necə olacağını bilə bilmərik. Biz məğlub olduğumuz kimi hər komanda da məğlub ola bilər. Sonuna qədər mübarizə aparacağıq. Qalatasaray əvvəlcə öz oyununa baxar, sonra harda olduğuna baxar”.
“Qalatasaray” Super Liqada 78 xalla 3-cü sıradadır. Lider “Beşiktaş”ın 81 xalı, 2-ci “Fənərbaxça”nın isə 79 xalı var. Suepr Liqada sona iki tur qalıb.