- Türkiyə S.L.
- 23:20 25.11.2024
“Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın Super Liqanın 40-cı turunda “Qalatasaray” oyundan sonra fikirlərini bildirib.
Corner.az xəbər verir ki, 48 yaşlı mütəxəssis, 1:3 hesabıyla uduzduqları görüşü belə şərh edib:
“Sadə səhvlər etdik. Oyun olaraq ortaya bir şey çıxara bilmədik. Futbolda belə nəticələr olur. Bu, derbidir. Hər oyunu qazanacağıq deyə bir qayda yoxdu.
Mövsümün bitiminə az qalıb. Başımızı işlətməliyik. Bütün diqqətimiz növbəti oyundadır. Səhvlərimizə baxacağıq.
Hakimin qərarları komediya idi. Yan xətt hakiminin topu görmə ehtimalı yoxdur, ancaq bayrağını qaldırır. Deyirəm ki, görə bilməzsən, deyir gördüm. Yəqin “supermen”dir, bilmirəm. Məğlubiyyətə bəhanə gətirmək istəmirəm. Lakin danışılacaq çox şey var”.