30 yanvar 2026. Cümə

Beşiktaş və Fənərbaxça uduzdu, Qalatasaray'dan qələbə


Beşiktaş və Fənərbaxça uduzdu, Qalatasaray'dan qələbə

Türkiyə Super Liqasında 41-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

“Konyaspor” – “Trabzonspor”, “Yeni Malatyaspor” – “Hatayspor” və “Başakşəhər” – “Kayserispor” matçlarında qalib müəyyənləşməyib.

“Kasımpaşa” “Ankaragücü”yə, “Gənclərbirliyi” isə “Göztəpə”yə qalib gəlib. “Qaziantep” evdə “Rizəspor”a uduzubsa, “Alanyaspor” da “Ərzurumspor”la görüşdə xal itkisi ilə üzləşib.

Lider “Beşiktaş” bu turda doğma meydanda “Fatih Karagümrük”ü sınağa çəkib. İstanbul klubu bu görüşdən də məğlub ayrılıb. Turnir cədvəlinin ikinci pilləsində yer alan “Fənərbaxça” doğma meydanda “Sivasspor”u qəbul edib. Bu oyunda da çempionluğa oynayan komanda məğlub olub.

Ötən tur İstanbul derbisində “Beşiktaş”a qalib gələn “Qalatasaray” isə bu dəfə səfərdə Super Liqanı tərk edəcəyi dəqiqləşən “Dənizlispor”un qonağı olub. Rəqibinə darmadağınla qalib gələn İstanbul təmsilçisi, turnir cədvəlində “Fənərbaxça”nı geridə qoyub və “Beşiktaş”la xallarını bərabərləşdirib. Sadəcə, “qara qartallar” şəxsi oyunlardakı üstünlüyə görə zirvədəki mövqeyini qoruyub.

Türkiyə Super Liqası, 41-ci tur

11 may

Konyaspor – Trabzonspor 1:1
Qol
: Hacıahmetoviç, 82 – Baker, 64.

Başakşəhər – Kayserispor 0:0

Dənizlispor – Qalatasaray 1:4
Qol
: R.Niyaz, 62 – İ.Dervişoğlu, 22. Babel, 35-pen. M.Məhəmməd, 87-pen; 89.

Kasımpaşa – Ankaragücü 3:1
Qol
: Haderqyonay, 9-pen. A.Koç, 13. M.Yıldırım, 90+6 – Badji, 85.

Qaziantep – Rizəspor 4:5
Qol
: Maksim, 47. M.Demir, 49; 86. Djilobodji, 89 – T.Tosun, 7. İ.Köybaşı, 32. Soderlund, 45+2. Sabo, 60. Samudio, 79.

Beşiktaş – Fatih Karagümrük 1:2
Qol
: Gezzal, 54 – Bertolaççi, 39. Borini, 80.

Gənclərbirliyi – Göztəpə 5:3
Qol
: Angelo, 44. Ayite, 50. Stanku, 56; 83. M.Mert, 70 – İdeye, 12. Y.Kayan, 31. B.Şimşek, 51.

Alanyaspor – Ərzurumspor 2:3
Qol
: E.Karaca, 30-pen; 41-pen – Raşani, 45+1; 73. C.Alkılıç, 84.

Fənərbaxça – Sivasspor 1:2
Qol
: Sisse, 90+2 – Kayode, 45+1. H.Arslan, 48.

Yeni Malatyaspor – Hatayspor 1:1
Qol
: A.Büyük, 64 – Diuf, 45.







Türkiyə S.L.

"Beşiktaş" səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:09 26.01.2026
"Beşiktaş" səfərdə xal itirdi
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:03 25.01.2026
"Fənərbağça" evdə xal itirdi
“Trabzonspor”dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:16 23.01.2026
“Trabzonspor”dan çətin qələbə
"Beşiktaş" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 00:51 20.01.2026
"Beşiktaş" 3 xalı tək qolla qazandı
Super Liqa klubuna qəyyum təyin olundu
  • Türkiyə S.L.
  • 22:21 16.01.2026
Super Liqa klubuna qəyyum təyin olundu