17 mart 2026. Çərşənbə axşamı

Super Liqada çempion bəlli oldu


Super Liqada çempion bəlli oldu

Türkiyə Super Liqasında 42-ci – sonuncu turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, lider “Beşiktaş” səfərdə “Göztəpə”nin qonağı olub. “Qara qartallar” bu oyunda qələbə qazanacaqları halda, Super Liqanın çempionu olacaqdılar. İstanbul təmsilçisi çətin qələbə qazanaraq mövsümü çempion kimi başa vurub.

Turnir cədvəlinin ikinci sırasında yer alan “Qalatasaray” doğma meydanda “Yeni Malatyaspor”la qarşılaşıb. Fatih Terimin komandası bu matçda 3 xal qazansa belə, çempionluq üçün “Beşiktaş” mütləq xal itirməliydi. “Qalatasaray” bu görüşdə qalib gəlsə də, gümüş medallarla kifayətlənməli olub.

Ötən tur “Sivasspor”a məğlub olaraq, çempionluq şansını çətinə salan “Fənərbaxça” isə səfərdə liqada qalmaq uğrunda mübarizə aparan “Kayserispor”un qonağı olub. “Beşiktaş” və “Qalatasaray” uduzsa və “Fənərbaxça” qələbə qazansa, çempion “Fənərbaxça” olacaqdı. Amma digər rəqibləri də turu qələbə ilə başa vurduğundan, sözügedən komanda liqanı üçüncü yerlə başa vurmalı olub.

Türkiyə Super Liqası, 42-ci tur

15 may

Ankaragücü – Alanyaspor 0:1
Qol
: Davidson, 24.

Antalyaspor – Konyaspor 0:0

Hatayspor – Qaziantep 0:1
Qol
: Cefferson, 73.

Fatih Karagümrük – Dənizlispor 5:1
Qol
: Borini, 42-pen. Sobiex, 45+1; 83. Lens, 52. Hedenstad, 90+1 – Mesanoviç, 26.

Rizəspor – Başakşəhər 0:2
Qol
: Aleksiç, 6-pen; 45+1.

Sivasspor – Kasımpaşa 2:1
Qol
: Kayode, 42. Qradel, 69 – Y.Erdoğan, 73-pen.

Qalatasaray – Yeni Malatyaspor 3:1
Qol
: İ.Dervişoğlu, 53. Babel, 60. O.Çağlayan, 90+3 – A.Büyük, 39.

Göztəpə – Beşiktaş 1:2
Qol
: A.Öztürk, 24 – Vida, 10. Gezzal, 69-pen.

Kayserispor – Fənərbaxça 1:2
Qol
: P.Enrike, 18 – Valensiya, 90+1-pen. S.Aziz, 90+9.

Trabzonspor – Gənclərbirliyi 2:1
Qol
: Ekuban, 45. Afobe, 87 – Ayite, 52.







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu