- Türkiyə S.L.
- 17:07 05.12.2025
“Beşiktaş” klubunun baş məşqçisi Sergen Yalçın klubun tarixinə düşüb.
Corner.az xəbər verir ki, 48 yaşlı mütəxəssis, buna sözügedən komanda ilə həm futbolçu, həm də baş məşqçi kimi çempionluq yaşayaraq nail olub.
Yalçın futbolçu olduğu dövrdə 1991/92, 1994/95 və 2002/03 mövsümlərində “Beşiktaş”la çempion olmuşdu. Ötən gün isə o, 2020-ci ilin əvvəlindən çalışdırmağa başladığı İstanbul təmsilçisi ilə baş məşqçi kimi də qızıl medallara sahib çıxdı. Bu, “Beşiktaş”ın tarixindəki 16-cı çempionluqdur.
Sergen “Beşiktaş”dan öncə “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”, “Əskişəhərspor”, “Konyaspor”, “Alanyaspor” və “Yeni Malatyaspor” komandalarında da baş məşqçi kimi çalışıb.
Təcrübəli mütəxəssis Türkiyədə həm futbolçu, həm də baş məşqçi kimi çempionluq sevinci yaşamağı bacaran 6-cı mütəxəssisdir. Ondan öncə bu uğura Şenol Güneş, Hamza Hamzaoğlu, Aykut Kocaman, Ertuğrul Sağlam və Okan Buruk imza atmışdı.
Şenol Güneş futbolçu kimi “Trabzonspor”la, məşqçi kimi “Beşiktaş”la çempion olub. Aykut Kocaman “Fənərbaxça”, Hamza Hamzaoğlu isə “Qalatasaray”la hem futbolçu, həm də baş məşqçi kimi çempionluq sevinci yaşayıb.
Ertuğrul Sağlam futbolçu olduğu zaman “Beşiktaş”da, məşqçi kimi “Bursaspor”da qızıl medallara sahib çıxıb.
Futbolçu kimi “Qalatasaray”la çempion olan Okan Buruk isə baş məşqçi kimi “Başakşəhər”i Türkiyənin ən güclüsü edib.