17 mart 2026. Çərşənbə axşamı

Planlarımı öncədən demək istəmirəm - Araz Abdullayev


Planlarımı öncədən demək istəmirəm - Araz Abdullayev

"Hələ "Boluspor" klubundan ayrılmamışam. Planlarımı öncədən demək istəmirəm. Hər hansı yenilik baş verəcəyi təqdirdə, özüm ictimaiyyəti məlumatlandıracağam. Əvvəlcədən nə isə demək istəmirəm".

Corner.az xəbər verir ki, bu fikirləri Türkiyənin "Boluspor" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Araz Abdullayev deyib. 29 yaşlı yarımmüdafiəçi Türkiyə klubundakı taleyinə aydınlıq gəlmədiyini söyləyib.

Abdullayev "Neftçi"nin Azərbaycan Premyer Liqasının qalibi olmasına da toxunub. O, hər iki klubda çıxış etdiyini xatırladıb: "Bu oyunu izləyirdim. "Neftçi" mənim uşaqlıq klubumdur, orada böyümüşəm. "Qarabağ" isə adımızdır. Həmişə demişəm: Kim güclüdürsə, o da qalib gəlsin. Çempion "Neftçi" oldu, mən də bu komandanı təbrik edirəm. Onlara Çempionlar Liqasında, "Qarabağ"a isə Konfrans Liqasında uğurlar arzulayıram".

Qeyd edək ki, Araz Abdullayev "Boluspor"a 2020-ci il sentyabrın 26-da keçib. O, klubla 1+1 illik müqavilə bağlayıb.(report)







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu