- Türkiyə S.L.
- 23:36 23.11.2024
Türkiyənin “Trabzonspor” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Qaradəniz təmsilçisi A Seriyasında çıxış edən Jervinyo və Bruno Peresi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Parma”dan transfer olunan Jervinyo yeni klubu ilə 2 illik müqavilə bağlayıb. “Roma”dan gələn Bruno Pereslə isə 3 illik sözləşmə imzalanıb. Onların hər ikisi Trabzon təmsilçisinə azad agent statusunda keçib. Jervinyo yeni komandasında “27”, Peres isə “33” nömrəli formanı geyinəcək.
Sağ cinah müdafiəçisi olan braziliyalı futbolçu Super Liqa klubunda ilinə 1 milyon 200 min avro qazanacaq. 31 yaşlı futbolçu hər mövsüm əlavə olaraq 500 min avro imza haqqı alacaq. O, karyerası ərzində “Audaks”, “Braqantino”, “Quarani”, “Santos”, “Torino”, “San Paulo” və “Sport Resife” klublarında da çıxış edib. Bruno 2016-cı ildən “Roma”nın uğurları üçün çalışırdı.
Jervinyo isə ilinə 1.5 milyon avro qazanacaq. Fil Dişi Sahilindən olan 33 yaşlı hücumçu, hər mövsüm üçün əlavə olaraq 650 min avro imza haqqı alacaq. Daha öncə “Hebey”, “Roma”, “Arsenal” (London), “Lill”, “Le Man”, “Beveren” komandaların da çıxış edən Jervinyo, 2018-ci ildən “Parma”nın formasını geyinirdi.