17 mart 2026. Çərşənbə axşamı

18 il sonra Super Liqaya vəsiqə qazandılar


18 il sonra Super Liqaya vəsiqə qazandılar

Türkiyə Super Liqasına vəsiqə qazanan sonuncu klubun adına aydınlıq gəlib.

Corner.az xəbər verir ki, sonuncu vəsiqəyə “Altay” sahib olub.

Sözügedən komanda pley-offun finalında “Altınordu”nu 1:0 hesabıyla məğlub edib. Atatürk Olimpiya Stadionunda baş tutan İzmir derbisində yeganə qolu 89-cu dəqiqədə Marko Payşao vurub.

Beləliklə, Mustafa Dənizlinin çalışdırdığı “Altay” 18 illik fasilədən sonra Super Liqada iştirak hüququ qazanıb. Daha öncə TFF 1-ci liqada çempion olan “Adana Dəmirspor” və ikinci pilləni tutan “Girəsunspor” klubları elitaya vəsiqəni təmin etmişdi.

Xatırladaq ki, 2020/21 mövsümünün yekununa əsasən, Super Liqanı “Ərzurumspor”, “Ankaragücü”, “Gənclərbirliyi” və “Dənizlispor” klubları tərk edib.







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu