21 iyun 2026. Bazar günü

Azərbaycanlı futbolçu Türkiyə klubu ilə müqavilə imzaladı


Azərbaycanlı futbolçu Türkiyə klubu ilə müqavilə imzaladı

"Keşlə"dən ayrılan azərbaycanlı futbolçu Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirəcək.

Corner.az xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçi  "Keçiörengücü" klubu ilə müqavilə imzaladığını bildirib.

O, Ankara təmsilçisi ilə sözləşmənin 3 illik olduğunu deyib. İsgəndərli iyunun sonlarında yeni komandası ilə məşqlərə başlayacağını söyləyib: "Rəsmi müqavilə imzalamışam. Klubun forması və sponsoru dəyişilir. Bu səbəbdən mənim keçidimi hələ ki, açıqlamırlar. 26-da komanda ilə məşqlərə başlayacağam. Həmin vaxt transferim rəsmən bəyan olunacaq".

Qeyd edək ki, Vüsal İsgəndərli 2019-cu ildən "Keşlə"də çıxış edib. Yarımmüdafiəçi 3 dəfə Azərbaycan millisinin də formasını geyinib. "Keçiörengücü" TFF 1-ci liqasında çıxış edir.(report)







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı