21 iyun 2026. Bazar günü

Qalatasaray'ın sabiq futbolçusunun "qızıl butslar"ı oğurlandı


Qalatasaray'ın sabiq futbolçusunun "qızıl butslar"ı oğurlandı

Türkiyənin “Qalatasaray” klubunun sabiq futbolçusu Mario Jardelin evi qarət olunub.

Corner.az xəbər verir ki, oğrular 47 yaşlı keçmiş hücumçunun iki “qızıl buts” mükafatını oğurlayıblar. Quldurlar bundan başqa, bir neçə gümüş və bürüncdən olan medal və kubokları da oğurlayıblar. Jardel “qızıl buts” mükafatlarının oğurlanmasına belə şərh verib:

“Maddi dəyərləri heç önəmli deyil, lakin mənəvi olaraq çox qiyməti şeylər idi. Mənim miras qoya biləcəyim mükafatlarım təəssüf ki, yox oldu”.

Braziliyalı futbolçu 1999 və 2002-ci illərdə Avropada ən çox qol vuran futbolçuya verilən “qızıl buts” mükafatını qazanıb.

Jardel karyerası ərzində Portuqaliyada “Portu”, “Sportinq”, Türkiyədə “Qalatasaray”, İngiltərədə isə “Bolton”da çıxış edib. 







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı