5 may 2026. Çərşənbə axşamı

Terimin Qalatasaray'da qalmaq üçün şərtləri


Terimin Qalatasaray'da qalmaq üçün şərtləri

Baş məşqçi Fatih Terimin "Qalatasaray"da qalması üçün şərtləri bəlli olub.

Corner.az Sabah qəzetinə istinadən xəbər verir ki, klubda prezident seçkilərində namizəd olan 4 funksioner 67 yaşlı mütəxəssislə yola davam ediləcəyini açıqlayıb.

Terim isə yeni rəhbərliyin hədəflərinin yüksək olmasını tələb edir. Baş məşqçi, vəzifəsində qalacağı təqdirdə, iddialı komandanın qurulmasını planlaşdırır. O, sol cinah və mərkəz müdafiəçiləri, 6, 8 ilə yanaşı 10 nömrə mövqeyində oynaya biləcək futbolçuların alınmasını tələb edəcək. Bunun üçün isə ən azı 50 milyon avroluq transfer büdcəsi yaradılması lazımdır.

Təcrübəli mütəxəssis Sofian Fequli və Radamel Falkao kimi futbolçuların satılaraq komandanı gəncləşdirməyi planlaşdırır.

Baş məşqçi Fatih Terimin də müqaviləsi başa çatıb. Onun klubdakı taleyinə prezident seçkisindən sonra aydınlıq gələcək.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi
Derbinin qalibi "Qalatasaray" oldu
  • Türkiyə S.L.
  • 23:07 26.04.2026
Derbinin qalibi "Qalatasaray" oldu