6 avqust 2026. Cümə axşamı

Qalatasaray'ın prezidenti Falkaonun transferinə görə peşmandır


Qalatasaray'ın prezidenti Falkaonun transferinə görə peşmandır

"Qalatasaray" klubunun hazırkı prezidenti Mustafa Cengiz maraqlı açıqlama verib.

Corner.az-ın məlumatına görə, 71 yaşlı funksioner mətbuat konfransında futbolçu Radamel Falkaonun transferinə görə peşman olduğunu deyib.

Cengiz 35 yaşlı hücumçunun keçidi üçün yaxşı danışıqlar aparmadıqlarını sözlərinə əlavə edib: "Hazırda Falkao transferi qarşımda olsa, daha sıx bazarlıq edərəm".

O, səhhətindəki problemlər səbəbindən prezident seçkilərində namizədliyini irəli sürmədiyini deyib.

Qeyd edək ki, Radamel Falkao 2019-cu ildən "Qalatasaray"da çıxış edir.







Türkiyə S.L.