6 avqust 2026. Cümə axşamı

Qalatasaray'ın yeni prezidenti bəlli oldu


Qalatasaray'ın yeni prezidenti bəlli oldu

 "Qalatasaray"ın yeni prezidenti müəyyənləşib.

Corner.az-ın məlumatına görə, seçkidə 5 namizəd - Metin Öztürk, İbrahim Özdemir, Eşref Hamamcıoğlu, Burak Elmas və Yiğit Şardan iştirak edib.

Burak Elmas bütün rəqiblərini geridə qoyub. Belə ki, səsvermədə iştirak edən 4 731 şəxsin 1 541-i Elması bu posta layiq görüb.

O, "sarı-qırmızıların" 38-ci prezidenti olub.

Elmas bu postda Mustafa Cengizi əvəzləyəcək. 2018-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edən Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.







Türkiyə S.L.