23 oktyabr 2024. Çərşənbə

Qalatasaray'ın yeni prezidentindən Terim açıqlaması


Qalatasaray'ın yeni prezidentindən Terim açıqlaması
"Qalatasaray” klubunun yeni prezidenti Burak Elmas ötən mövsüm komandanı çalışdıran Fatih Terimlə bağlı açıqlama verib.

Corner.az xəbər verir ki, o, prezident seçkisində qalib gəldikdən dərhal sonra bunları söyləyib:
 
“Verdiyimiz sözləri bilirik. Lazım olan nədirsə, edəcəyik. Heç kimin buna şübhəsi olmasın. “Qalatasaray” bizim ailəmizdir. Ailəmizə söz vermişik və lazım olanı edəcəyik”.
 
Burak Elmas daha əvvəl “Qalatasaray”da prezident seçiləcəyi halda, komandanın baş məşqçi postuna Fatih Terimi gətirəcəyini demişdi. Bu gün o, yekun qərarını da açıqlayıb. Yerli mətbuata danışan yeni prezident bunları söyləyib:
 
“Müqavilə, təqdimat mərasimi kimi proseslərə itiriləcək bir dəqiqə də vaxtımız yoxdur. “Qalatasaray”ın baş məşqçisi Fatih Terimdir. Görüşdük, razılaşdıq, sabahdan etibarən Floryada komandanı məşqə çıxaracaq. Görüləcək çox işimiz var. Birlikdə çox şey bacaracağıq”.






Türkiyə S.L.

 "Qalatasaray" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 22:35 28.09.2024
"Qalatasaray" evdə xal itirdi
Super Liqa klubu baş məşqçisiz qaldı
  • Türkiyə S.L.
  • 14:50 23.09.2024
Super Liqa klubu baş məşqçisiz qaldı
 "Beşiktaş"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:02 22.09.2024
"Beşiktaş"dan çətin qələbə
Renat Dadaşov üçün yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 21:59 17.09.2024
Renat Dadaşov üçün yeni baş məşqçi