6 dekabr 2025. Şənbə

Beşiktaş Sergen Yalçınla yollarını ayıra bilər


Beşiktaş Sergen Yalçınla yollarını ayıra bilər

"Beşiktaş" klubu baş məşqçisi Sergen Yalçınla yollarını ayıra bilər.

Corner.az "NTV Spor"a istinadən xəbər verir ki, bu barədə tanınmış futbolçu-jurnalist Rıdvan Dilmən öz şəxsi sosial hesabında yazıb. O, 49 yaşlı mütəxəssisin müqavilənin yenilənməsi üçün klub prezidenti Ahmet Nur Çebi ilə görüşüb, lakin hansısa nəticə əldə etmədiyini vurğulayıb.

Bildirib ki, Sergen Yalçının İstanbul təmsilçisində qalma ehtimalı azalıb. "Qara qartallar" baş məşqçiyə 1 illik müqavilə təklif edib. Mütəxəsssis alacağı məvacibdə və digər məsələlərdə rəhbərliklə razılıq əldə etməyib.

Ölkə çempionu Yalçınla bir daha görüşəcək. 

Qeyd edək ki, "Beşiktaş" 2020/2021 mövsümündə Sergen Yalçının rəhbərliyi ilə Superliqanı və ölkə kubokunu qazanıb.







Türkiyə S.L.

 "Qalatasaray"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:12 05.12.2025
"Qalatasaray"dan çətin qələbə
İstanbul derbisində heç-heçə
  • Türkiyə S.L.
  • 23:11 01.12.2025
İstanbul derbisində heç-heçə
"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 22:57 30.11.2025
"Beşiktaş"dan inamlı qələbə