- Türkiyə S.L.
- 23:36 23.11.2024
"Fənərbaxça"nın sabiq baş məşqçisi Emre Belözoğlu karyerasını İtaliyada davam etdirə bilər.
Corner.az-ın "SportPress24"ə istinadən məlumatına görə, "Latsio"nun yeni baş məşqçisi Mauritsio Sarri 41 yaşlı mütəxəssisi özünə köməkçi götürmək istəyir.
O, Sarri ilə yanaşı, Türkiyə millisinin baş məşqçisi Şenol Günəşdən də analoji təklif alıb.
Qeyd edək ki, Emre Belözoğlu "Fənərbaxça"nın baş məşqçisi kimi 2020/2021 mövsümünün ikinci yarısında 10 oyundan 7 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətlə ayrılıb