6 may 2026. Çərşənbə

Fənərbaxça'dan ayrıldı, Kasımpaşa ilə müqavilə bağladı


Fənərbaxça'dan ayrıldı, Kasımpaşa ilə müqavilə bağladı
'Fənərbaxça”nın qapıçısı Harun Tekin komandadan ayrılıb.

Corner.az xəbər verir ki, 32 yaşlı qolkiper bundan sonra “Kasımpaşa”nın uğurları üçün çalışacaq.
 
Bu barədə Super Liqa təmsilçisi məlumat yayıb. Təcrübəli qolkiperlə 2 illik müqavilə imzalanıb. “Fənərbaxça” ilə müqaviləsinin müddəti bu yay bitən qolkiper “Kasımpaşa”ya azad agent statusunda keçib.
 
Qeyd edək ki, Harun Tekin 2018/19 mövsümündə “Bursaspor”dan 3 milyon avro qarşılığında “Fənərbaxça”ya keçmişdi. O, İstanbul təmsilçisinin heyətində cəmi 47 matça çıxıb. 






Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi