İngiltərə millisinin sabiq müdafiəçisi Stiven Kokerin “Fənərbaxça”ya keçidi rəsmiləşib.
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2019-cu ildən Türkiyənin digər klubu “Alanyaspor”da çıxış edən 29 yaşlı futbolçu İstanbul təmsilçisi ilə 2+1 illik müqaviləyə imza atıb.
Qeyde dək ki, Koker “Alanyaspor”da keçirdiyi 2.5 mövsüm ərzində 90 rəsmi matça çıxıb. İngilis stopper bu görüşlərdə 6 qol da vurub.
Stiven Koker karyerası ərzində “Liverpul”, “Sauthempton”, “Suonsi Siti”, “Tottenhem”, “Bristol Siti”, “Kardiff Siti”, “Yeovil Taun” və KPR klublarında da forma geyinib.
“Fənərbaxça” daha öncə Serdar Dursunu heyətinə qatmışdı.