21 iyun 2026. Bazar günü

Belhandanın yeni klubu bəlli oldu


Belhandanın yeni klubu bəlli oldu

 “Qalatasaray” klubundan ayrılan Yunes Belhanda özünə yeni iş yeri tapıb.

Corner.az xəbər verir ki, 31 yaşlı futbolçu bundan sonra Türkiyənin “Adana Dəmirspor” klubunun uğurları üçün çalışacaq.

Bu barədə Super Liqanın yeni klubunun mətbuat xidməti məlumat yayıb. Mərakeşli  oyunçu Adana təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb. O, yeni klubuna azad agent statusunda keçib.

Qeyd edək ki, Yunes Belhanda 2017-ci ildən “Qalatasaray”da çıxış edirdi.







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı