6 avqust 2026. Cümə axşamı

Beşiktaş'ın hücumçusu sıradan çıxdı


Beşiktaş'ın hücumçusu sıradan çıxdı
"Beşiktaş”ın futbolçusu Kayl Larin sıradan çıxıb.

Corner.az xəbər verir ki, 26 yaşlı hücumçu Kanada yığmasının düşərgəsində zədələnib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Larin “Gold Cup” turnirinin ABŞ-la keçirilən matçının 53-cü dəqiqəsində zədələnərək, meydanı tərk edib. Onun son durumu tibbi müayinədən sonra bilinəcək.
 
ABŞ – Kanada matçı amerikalıların 1:0 hesablı qələbəsiylə başa çatıb.






Türkiyə S.L.