Türkiyə Super Liqasında 2021/22 mövsümünün ilk turunun oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə üç görüş baş tutub.
“Qalatasaray” yeni mövsümdə səfərdə “Giresunspor”un qonağı olub. İstanbul təmsilçisi bu oyunda inamlı qələbə qazanıb.
“Trabzonspor” ilk turda “Yeni Malatyaspor”la üz-üzə gəlib. Trabzon təmsilçisi səfərdə darmadağınla qalib gəlib.
“Sivasspor” isə doğma meydanda “Konyaspor”a minimal hesabla məğlub olub.
Türkiyə Super Liqası
1-ci tur
13 avqust
Beşiktaş – Rizəspor 3:0
Qol: Nkudu, 9. Hatçinson, 52. Larin, 90+3.
14 avqust
Fatih Karagümrük – Qaziantep 3:2
Qol: Djilobodji, 10-öz qapısına. Peşiç, 19. A.Musa, 90 – A.Sağal, 17-pen. Djilobodji, 90+4.
Altay – Kayserispor 3:0
Qol: Bamba, 8; 45+1. Tasiano, 86.
Hatayspor – Kasımpaşa 1:1
Qol: Lobjanidze, 73 – Eysserik, 18.
15 avqust
Başakşəhər – Alanyaspor 0:1
Qol: Borxa, 12.
Antalyaspor – Göztəpə 1:1
Qol: Fredi, 32-pen – Arslanagiç, 90+2.
Adana Dəmirspor – Fənərbaxça 0:1
Qol: M.Özil, 46.
16 avqust
Yeni Malatyaspor – Trabzonspor 1:5
Qol: A.Büyük, 32 – Bakasetas, 3. Nvakaeme, 11. Jervinyo, 29. Hamşik, 42. Djanini, 66.
Sivasspor – Konyaspor 0:1
Qol: Çikalleşi, 88.
Giresunspor – Qalatasaray 0:2
Qol: Mbaye, 31. Çikaldau, 45+2.