6 may 2026. Çərşənbə

Qalatasaray'ın iki futbolçusu oyun zamanı dalaşdı


Qalatasaray'ın iki futbolçusu oyun zamanı dalaşdı

Türkiyə Super Liqasının ilk turu çərçivəsində keçirilmiş “Giresunspor” – “Qalatasaray” matçında (0:2) xoşagəlməz hadisə baş verib.

Corner.az xəbər verir ki, matçın ikinci hissəsində “Qalatasaray”ın iki futbolçusu – Markao və Kerem Aktürkoğlu arasında dava olub.

Mübahisədən sonra braziliyalı futbolçu Keremin üzərinə hücuma keçərək ona kəllə atıb, ardınca isə ona iki yumruq zərbəsi vurub. Buna görə hakim Markaoya qırmızı vərəqə göstərərək onu meydandan qovub. Hadisənin dəqiq səbəbi bilinmir.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi