20 sentyabr 2026. Bazar günü

Super Liqa klubunda yeni baş məşqçi


Super Liqa klubunda yeni baş məşqçi
Türkiyənin “Kayserispor” klubunun yeni baş məşqçisi müəyyənləşib. Corner.az xəbər verir ki, Kayseri təmsilçisini bundan sonra Hikmət Karaman çalışdıracaq.
 
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Artıq tərəflər arasında ilkin anlaşma əldə olunub. 61 yaşlı mütəxəssis sabah Kayseriyə gedərək rəsmi müqavilə imzalayaraq, yeni işinə başlayacaq.
 
Qeyd edək ki, Karaman bu vəzifədə ölkə çempionatının ilk turundan sonra istefaya göndərilən Yalçın Koşukavakı əvəzləyəcək. "Kayserispor" mövsümün açılış turunda səfərdə "Altay"a 0:3 hesabı ilə uduzmuş və baş məşqçisi ilə yollarını ayırmışdı.






Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə