Türkiyənin “Qalatasaray” klubu Super Liqanın ilk turu çərçivəsində “Giresunspor”la səfər oyununda komanda yoldaşı Kerem Aktürkoğlunu vuran futbolçusu Markaonu heyətdən kənarlaşdırıb.
Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, braziliyalı futbolçunun növbəti qərar qəbul olunana qədər fərdi şəkildə məşq edəcəyi vurğulanıb. 25 yaşlı futbolçunun cərimə olunacağı da diqqətə çatdırılıb.
Qeyd edək ki, Markao sözügedən qarşılaşmada Kerem Aktürkoğluna hücum çəkərək onu əvvəlcə başı ilə vurmuş, ardından yumruqlamışdı.