21 iyun 2026. Bazar günü

Komanda yoldaşını vuran futbolçu sərt cəzalandırıldı


Komanda yoldaşını vuran futbolçu sərt cəzalandırıldı

Türkiyə Super Liqasının 1-ci turu çərçivəsində keçirilən “Girəsunspor” – “Qalatasaray” matçında komanda yoldaşı Kerem Aktürkoğlunu yumruqla vuran və meydandan qovulan “Qalatasaray”lı Markaonun cəzası açıqlanıb.

Corner.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası 25 yaşlı braziliyalı müdafiəçini 8 oyunluq diskvalifikasiya edib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Markao eyni zamanda 21 min türk lirəsi (4200 manat) məbləğində cərimələnib.

Qeyd edək ki, “Girəsunspor” – “Qalatasaray” matçı qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb.







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı