8 avqust 2026. Şənbə

Beşiktaş'ın futbolçusu xəstəxanalıq oldu


Beşiktaş'ın futbolçusu xəstəxanalıq oldu

Türkiyə Super Liqasının 2-ci turu çərçivəsində keçirilən “Qaziantep” – “Beşiktaş” matçında xoşagəlməz hadisə baş verib.

Corner.az xəbər verir ki, qarşılaşmanın 70-ci dəqiqəsində “Beşiktaş”ın futbolçusu Fabris Nsakala huşunu itirib.

31 yaşlı müdafiəçi həkimlərin müdaxiləsindən sonra xəstəxanaya qaldırılıb. Nsakalanın durumunun hazırda yaxşı olduğu və həyati təhlükəsi olmadığı bildirilib.

“Qaziantep” – “Beşiktaş” matçı 0:0 hesabıyla başa çatıb.







Türkiyə S.L.