17 mart 2026. Çərşənbə axşamı

Vüsal İsgəndərli Türkiyədə qol hesabını açdı


Vüsal İsgəndərli Türkiyədə qol hesabını açdı
Futbol üzrə Türkiyə 1-ci liqasında 3-cü turun oyunları keçirilir. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Adanaspor”u qəbul edib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
 
Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib. Azərbaycanlı yarımmüdafiəçi 52-ci dəqiqədə fərqlənərək komandasının ikinci qoluna imza atıb. Bununla da o, yeni komandasının heyətində Türkiyədə qol hesabını açıb.
 
“Keçiörengücü” üç turdan sonra 4 xalla 19 kollektiv arasında 6-cıdır.






Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu