6 may 2026. Çərşənbə

Ələskərov'dan Bursaspor'da uğursuz debüt


Ələskərov'dan Bursaspor'da uğursuz debüt
Futbol üzrə Türkiyə 1-ci liqasında 3-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Eyupspor”u qəbul edib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
 
Namik də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxmaqla yeni komandasında rəsmən debüt edib. Futbolçumuz 69-cu dəqiqədə əvəzlənib.
 
“Bursaspor” 3 turdan sonra 1 xalla 19 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.






Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi