3 may 2026. Bazar günü

Fənərbaxça daha iki futbolçusu ilə yollarını ayırdı


Fənərbaxça daha iki futbolçusu ilə yollarını ayırdı

Türkiyənin “Fənərbaxça” klubu daha iki futbolçu ilə vidalaşıb.

Corner.az xəbər verir ki, İstanbul təmsilçisi legionerlər Dieqo Perotti və Zanka ləqəbli Matias Yorgensenlə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Zanka 2019-cu ildən “Fənərbaxça”nın uğurları üçün çalışırdı.

Dieqo Perotti isə ötən mövsümün əvvəlində İtaliyanın “Roma” klubundan “Fənərbaxça”ya transfer edilmişdi. Argentinalı futbolçu İstanbul təmsilçisində cəmi 4 oyuna çıxıb, 3 qol vurub. O, əvvəllər “Deportivo” (Moron), “Sevilya”, “Boka Xuniors”, “Cenoa” klublarında da çıxış edib.







Türkiyə S.L.

Derbinin qalibi "Qalatasaray" oldu
  • Türkiyə S.L.
  • 23:07 26.04.2026
Derbinin qalibi "Qalatasaray" oldu
Super Liqada ev sahiblərinin günü
  • Türkiyə S.L.
  • 23:13 25.04.2026
Super Liqada ev sahiblərinin günü