6 avqust 2026. Cümə axşamı

Qalatasaray'ın yeni transferi əməliyyat olunacaq


Qalatasaray'ın yeni transferi əməliyyat olunacaq

“Qalatasaray” klubu ciddi itki ilə üzləşib.

Corner.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Barış Alpər Yılmaz sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyənin U-21 yığmasının düşərgəsində əlindən zədə alan Barışın əməliyyat olunacağı bildirilib. 21 yaşlı yarımmüdafiəçinin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Yılmaz bu yay “Ankara Keçiörəngücü”dən “Qalatasaray”a keçib. O, İstanbul təmsilçisi ilə 4 oyuna çıxıb.







Türkiyə S.L.