3 may 2026. Bazar günü

Qalatasaray'da küsülülər barışdı, yeni transferini itirdi


Qalatasaray'da küsülülər barışdı, yeni transferini itirdi
Türkiyənin “Qalatasaray” klubunda bir müddət əvvəl meydanda dalaşan iki futbolçu - Markao ilə Kərəm Aktürkoğlu barışıblar. Corner.az xəbər verir ki, onlar bu gün baş tutan məşqdən öncə digər komanda yoldaşlarının gözü qarşısında bir-birinə sarılaraq barışıblar.
 
Xatırladaq ki, avqustun 16-da Super Liqa çərçivəsində baş tutan “Girəsunspor”la səfər matçının gedişində braziliyalı futbolçu Markao, komanda yoldaşı Kərəmə hücum çəkərək ona əvvəlcə başla zərbə endirmiş, daha sonra yumruqlamışdı. Markao buna görə həm meydandan qovulmuş, həm də Türkiyə Futbol Federasiyası tərəfindən 8 oyunluq cəzalandırılmışdı. İstanbul klubu da oyunçusunu böyük məbləğdə cərimə edib.
 
"Qalatasaray”ın daha bir futbolçusu sıradan çıxıb. İstanbul təmsilçisinin yeni transferlərindən olan müdafiəçi Saşa Boy zədələnib. Məşqdə zədələnən 20 yaşlı oyunçunun azı 2 həftə məcburi istirahət edəcəyi bildirilib.






Türkiyə S.L.

Derbinin qalibi "Qalatasaray" oldu
  • Türkiyə S.L.
  • 23:07 26.04.2026
Derbinin qalibi "Qalatasaray" oldu
Super Liqada ev sahiblərinin günü
  • Türkiyə S.L.
  • 23:13 25.04.2026
Super Liqada ev sahiblərinin günü