3 may 2026. Bazar günü

Özümü tək hiss etdim - Dieqo Perotti


Özümü tək hiss etdim - Dieqo Perotti

Ötən ay “Fənərbaxça” ilə müqaviləsini ləğv edən Dieqo Perotti açıqlama verib.

Corner.az xəbər verir ki, Argentina mətbuatına danışan 33 yaşlı yarımmüdafiəçi, İstanbul təmsilçisində çətin günlər yaşadığını söyləyib:

“Yaşadığım zədəyə görə çətin anlarım oldu. Özümü tək hiss etdim. Özüm sağalmalı idim və məşqləri tək edirdim. Elə bir vəziyyət idi ki, pulun əhəmiyyəti yox idi. Məni müalicə edəcək heç kim də yox idi. Klub tərəfindən də heç bir cəhdlər edilmirdi.

Sağalsam belə, oynamayacaqdım. Bunu yaxşı bilirdim və doğru olan müqaviləni ləğv etmək idi”.

Dieqo Perotti ötən mövsümün əvvəlində “Roma” klubundan “Fənərbaxça”ya keçmişdi. Argentinalı futbolçu İstanbul təmsilçisində cəmi 4 oyuna çıxıb, 3 qol vurub. 







Türkiyə S.L.

Derbinin qalibi "Qalatasaray" oldu
  • Türkiyə S.L.
  • 23:07 26.04.2026
Derbinin qalibi "Qalatasaray" oldu
Super Liqada ev sahiblərinin günü
  • Türkiyə S.L.
  • 23:13 25.04.2026
Super Liqada ev sahiblərinin günü